SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonundakı hərbi komissarlıqda silahlı insident baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Hadisə zamanı səfərbərliyə cəlb olunan 25 yaşlı Ruslan Zinin hərbi komissar Aleksandr Yeliseyevi güllələyib.

Ağır yaralanan hərbi komissar xəstəxanaya yerləşdirilib.

Silahlı şəxs isə dərhal saxlanılıb.

BAKU.WS