SİZİN REKLAM BURADA!
055 213 76 73


“Son sutkada Ukraynada Rusiya ordusunun 500 hərbçisi məhv edilib”.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada 500, ümumilikdə isə Rusiyanın 57 200 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 290 tank, 4 857 zirehli döyüş maşını, 1 369 artilleriya sistemi, 330 reaktiv yaylım atəşi sistemi, 172 hava hücumundan müdafiə sistemi, 260 təyyarə, 224 helikopter, 970 PUA, 241 qanadlı raket, 15 gəmi, 3 711 avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.

BAKU.WS