SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Nyu-Yorkda keçirilən Qlobal Vətəndaş Musiqi Festivalında çıxışı zamanı fitə basılıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Pelosi iqlim dəyişikliyi və karbon tullantılarının azaldılması ilə bağlı çıxışına başlayanda tamaşaçılar hay-küy salmağa və siyasətçidən nitqi tez bitirərək konsertə başlamağı tələb ediblər.

Pelosi nəvələrinin də tədbirdə olduğunu deyərək çıxışını bitirib və səhnəni tərk edib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

BAKU.WS
VİDEO