SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan FİFA prezidentinin ona hədiyyə etdiyi topla futbol bacarığını nümayiş etdirib. 

BAKU.WS xəbər verir ki, BMT-nin 77-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FIFA prezidenti Canni İnfantinonu qəbul edib.

Görüşdən əvvəl İnfantino üzərində prezident Ərdoğanın adı yazılmış FİFA 2022 Dünya Çempionatının Qətərdə keçiriləcək rəsmi topunu təqdim edib.

İnfantino bu topdan yalnız bir dənə istehsal olunduğunu bildirib. Topu alan prezident Ərdoğan, “Başqası yoxdur. O, “Üstündə Tayyib Ərdoğan yazılıb” deyərək yazıları kameralara göstərib.

Daha sonra topu başı ilə vuran prezident Ərdoğan İnfantinonun sualına cavab olaraq dünya çempionatının keçiriləcəyi Qətərə gedəcəyini söyləyib.

BAKU.WS
VİDEO