SİZİN REKLAM BURADA!
055 213 76 73


Estoniya Ukrayna ərazisində keçirilən referendumun nəticələrini heç vaxt tanımayacaq.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaja Kallas öz tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, referendumların əks effekti olacaq.

“Bu cür hərəkətlər əks nəticə verəcək və Ukraynaya dəstəyimizi artıracaq. Daha çox hərbi yardım, daha çox sanksiyalar”, - Kallas bildirib.

BAKU.WS