SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, Özbəksitanın Səmərqənd şəhərində R.T.Ərdoğanla V.Putin arasında görüş olacaq. Agentliyin xəbərinə görə, dövlət başçıları bir sıra məsələlərlə yanaşı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti də müzakirə edəcəklər.

Qeyd edək ki, sentyabrın 15-16-da Özbəksitanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək. Həmin toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

BAKU.WS