SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezidenti Cozef Bayden Rusiyanın terrorizmi himayə edən ölkələr siyahısına daxil edilməsinin əleyhinədir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.

"Bu, onun son mövqeyidir. Rusiyanı bu siyahıya salmaq ən yaxşı həll yolu deyil", - Jan-Pyer qeyd edib.

Xatırladaq ki, ABŞ Senatı may ayında dövlət katibi Entoni Blinkenin Rusiyanı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada törətdiyi cinayətlərə görə terrorizmin himayədarı elan etməyə çağıran qətnaməni yekdilliklə dəstəkləyib.

Hazırda bu siyahıda Kuba, Şimali Koreya, İran və Suriyanın adları var.

BAKU.WS