SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Cozef Bayden Ukraynaya daha 270 milyon dollarlıq hərbi yardım paketinin verilməsinə dair sənədi imzalayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri Ağ Evin sözçüsü Con Kirbiyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Ukraynaya 580 “Phoenix Ghost” hücum və kəşfiyyat aparatları göndərəcək.

Paketə, həmçinin dörd HIMARS çoxlu buraxılış raket sistemi (MLRS), 36 min mərmi və tank əleyhinə silahlar daxildir.

BAKU.WS