SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibəyə cəlb olunan "Vostok" əməliyyat-taktiki qruplaşmasına baxış keçirib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, baxış zamanı Sergey Şoyqu "Vostok" qruplaşmasına yüksək dəqiqlikli silahlarla Ukrayna Silahlı Qüvvələrinin uzaq mənzilli silahlarının vurulması barədə göstəriş verib.

Bildirilir ki, "Vostok" qruplaşmasının komandiri general-leytenant Rüstəm Muradov cari vəziyyət və hərbi tapşırıqların icrası ilə bağlı Şoyquya məruzə edib.

Ötən həftə Rusiya MN başçısı ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Rusiya Silahlı Qüvvələrinin "Cənub" və "Mərkəz" qruplaşmalarında yoxlama aparıb.

BAKU.WS