SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Ukraynanın Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 20 nəfərə çatıb.

BAKU.WS "RBK-Ukraine"yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 100-ə yaxın sakin yaralanıb.

Vinnitsa Regional Prokurorluğunun rəhbərliyi altında “qəsdən adam öldürmə”, “müharibə qanunlarının və adətlərinin pozulması” maddələri üzrə cinayət işi başlayıb.

Məlumata görə, Rusiya şəhərə "Kalibr" raketləri atıb.

***14:22

Rusiya Ukraynanın Vinnitsa şəhərini raket atəşinə tutub.

BAKU.WS "RBK-Ukraine"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar üzrə Xidmətindən bildirilib.

Məlumata görə, nəticədə 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

Xilasedicilərin məlumatına əsasən, raket 9 mərtəbəli Yubiley məişət evinin yaxınlığına düşüb. Raket hücumu nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici fəaliyyət göstərir.

Məlumata görə, ölənlər dinc sakinlərdir. Onların arasında uşaq da var.

BAKU.WS
VİDEO

QALEREYA