VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin "İlan adası"nda rus qoşunlarını necə darmadağın etməsinin videosu yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "UNİAN" məlumat yayıb.

Ukrayna ordusu "İlan adası"na artilleriya, raket və hava zərbələri endirib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, artilleriyanın atəşinə, raket və hava zərbələrinə tab gətirə bilməyən rusiyalı hərbçilər adanı tərk ediblər.

O, həmçinin strateji əhəmiyyətli ərazinin azad edilməsinə kömək edən Odessa vilayətinin müdafiəçilərinə təşəkkür edib.

BAKU.WS
VİDEO