SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüşün vaxtı açıqlanıb.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Görüş bu gün İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO sammiti çərçivəsində Bakı vaxtı ilə saat 19:45-də baş tutacaq.

Görüşün bir saata yaxın davam edəcəyi bildirilir.

BAKU.WS