VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 35 250 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiyanın 1 567 ədəd tankı, 3 704 ədəd zirehli döyüş maşını, 778 ədəd artilleriya sistemi, 243 ədəd reaktiv yaylım atəş sistemi, 102 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 185 ədəd helikopteri, 139 qanadlı raketi, 2 589 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 636 ədəd dronu və 61 ədəd xüsusi texnikası məhv edilib.

BAKU.WS