SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

BAKU.WS Trend-ə xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, telefon danışığı zamanı tərəflər İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciəti ilə bağlı məsələləri müzakirə ediblər.

Ərdoğan vurğulayıb ki, İsveç və Finlandiya terror təşkilatı olan PKK/YPG-yə qarşı konkret addımlar atmalı, o cümlədən Türkiyənin müdafiə sənayesi məhsullarının ixracına qoyulan embarqonu və digər bu kimi məhdudiyyətləri aradan qaldırmalı, gələcəkdə belə addımlara əl atmamaq öhdəliyi götürməlidirlər.

BAKU.WS