SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu yaxınlardan “Barselona”nın müdafiəçisi Jerar Pike ilə müğənni Şakiranın ayrılmasına səbəb sosial şəbəkədə yayılan bir foto olub.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, futbolçu sarışın bir xanımla gizli görüşü zamanı restoranın qaranlıq bir küncündə oturub və tanınmamaq üçün başına köynəyinin kapüşonunu keçirib.

Lakin isveçli restoran sahibinin azyaşlı oğlu onu dərhal tanıyıb və ulduz futbolçu ilə salamlaşmaq, ondan avtoqraf almaq istəyib. Uşaq bunu anasına, qadın isə Pikeyə çatdırıb, lakin rədd cavabı alıb.

Katrin Zitomerska adlı restoran sahibi həm də tanınmış bloger olduğundan Pikenin gizli sevgilisilə birgə şəklini çəkərək paylaşıb və futbolçunu tənqid edib. O, öz paylaşımında Pikenin sosial şəbəkə səhifəsini də işarələyib. Beləcə, postu Şakira da görüb.

Deyilənlərə görə, cütlük arasındakı qalmaqal da məhz bundan sonra başlayıb.

BAKU.WS