SİZİN REKLAM BURADA!
055 213 76 73


“1980-ci ildən əvvəl doğulmuş bütün insanlar üçün meymunçiçəyi virusu təhlükəli deyil”.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu sözləri gürcüstanlı mütəxəssis, İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

“Əminliklə deyə bilərik ki, 1980-ci ildən əvvəl doğulmuş şəxslər meymunçiçəyi xəstəliyindən qorunur. Onlar bu virusa qarşı suçiçəyi peyvəndi ilə peyvənd olunublar”, - deyə o press-konfransda açıqlayıb.

O, qeyd edib ki, Gürcüstanda hələ də meymunçiçəyi xəstəliyi aşkar edilməyib. Yaxın vaxtlarda Gürcüstanda meymunçiçəyi üçün testlər tətbiq ediləcək:

“Son iki həftə ərzində vurğulanan iki problem - uşaqlar arasında mənşəyi naməlum hepatit C və yeniyetmələr arasında meymunçiçəyinin yayılması mütləq müvafiq laboratoriya təsdiqini tələb edir”.

Mütəxəssislər bu xəstəlikdən xüsusilə təsirlənə biləcək insanlar kateqoriyasını ayırırlar - bunlar hamilə qadınlar, xərçəng xəstələri, həmçinin 8 yaşdan kiçik uşaqlardır.

BAKU.WS