SİZİN REKLAM BURADA!
055 213 76 73


“İsveç hökuməti Ukraynaya 95 milyon avro məbləğində hərbi yardım göndərəcək”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde tviterdə yazıb.

Onun sözlərinə görə, bu yardım gəmi əleyhinə raketlər, tank əleyhinə silahlar və snayper tüfəngləri, döyüş sursatlarından ibarətdir. Dəstək paketinə Ukrayna Silahlı Qüvvələri üçün maliyyə yardımı da daxildir.

“İsveç Ukraynaya döyüş sursatları daxil olmaqla, gəmi əleyhinə raketlər, tank əleyhinə silahlar və 12,7 millimetrlik snayper tüfəngləri göndərəcək. Bu 4-cü dəstək paketinə Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı göstərilməsi də daxildir. Ümumi məbləğ 95 milyon avrodan çoxdur. Rusiyanın Ukraynaya qarşı müharibəsi bitməlidir”, - nazir yazıb.

BAKU.WS