VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ordusu hazırda əsas diqqətini Ukraynanın şərqindəki hərbi əməliyyatlara yönəldib. Hazırda şiddətli döyüşlər Severodonetsk şəhərində gedir.

BAKU.WS-in məlumatına görə, "Haber Global"ın əməkdaşı Murat Karataş "ARB24"ə bildirib ki, Rusiya Silahlı Qüvvələri Severodonetsk şəhərinin 70 faizini ələ keçirib:

"Ukrayna ordusu şəhəri əldən verməmək üçün rus qoşunlarına müqavimət göstərir. Şəhərin bir çox küçələrində şiddətli döyüşlər davam edir. Vəziyyət hər an Rusiya ordusunun lehinə dəyişə bilər.

Severodonetsk şəhəri tamamilə Rusiya ordusunun nəzarətinə keçərsə, Luqansk vilayətinə tam nəzarət etməklə bağlı böyük üstünlük əldə edəcəklər. Əgər Luqansk vilayətinə Rusiya tam nəzarət edərsə, onda sənaye bölgəsi Moskvanın əlinə keçəcək".

BAKU.WS
VİDEO