VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Volodimir Zelenski fransız həmkarı Emmanuel Makronlıa telefonla danışıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski Tvitterdə bildirib.

“Emanuel Makronla uzun və mənalı söhbətimizi tamamladıq. Biz döyüş əməliyyatlarının gedişi, hərbçilərin “Azovstal”dan təxliyəsi əməliyyatı və danışıqlar prosesinin perspektivləri barədə danışdıq. Ukraynaya yanacaq tədarükü məsələsini qaldırdım” – deyə Ukrayna lideri qeyd edib.

Tərəflər həmçinin Fransanın Ukraynaya müdafiə dəstəyi, Rusiyaya qarşı 6-cı sanksiyalar paketinin hazırlanması və Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropaya ixracı məsələlərini müzakirə ediblər.

Dövlət başçıları Ukraynanın Aİ üzvlüyünə namizəd statusu ilə bağlı müraciətini əsaslı şəkildə müzakirə ediblər.

BAKU.WS