SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda Ermənistana gedən yüzlərlə maşın Şimali Osetiya ərazisində “Verxniy Lars” keçid məntəqəsi yaxınlığında gömrükdə qalıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Aram Tananyan bildirib.

Onun sözlərinə görə, birinci rübdə Gürcüstanda “Xaç aşırımı”nın bağlanması səbəbindən keçid məntəqəsi 30 gün işləməyib və 10 mindən çox yük maşını gömrükdə qalıb. Hazırda isə Yuxarı Larsda yollar açılıb, bununla belə, 350-dən çox maşın hələ də gömrükdə qalıb.

BAKU.WS