SİZİN REKLAM BURADA!
055 213 76 73


Yunanıstanın Krit adasına enən “Wizz Air” aviaşirkətinin sərnişinləri kabinədən çıxarkən pilotu döyüblər.

Hadisə şahidlərinin sözlərinə görə, davanı 30 yaşlarında olan üç britaniyalı törədib. Onlardan ikisi artıq sərxoş vəziyyətdə ikən Qatvik hava limanında reysə miniblər və göyərtədə elektron siqaret çəkməyə, yüksək səslə danışmağa, digər səyahətçiləri bezdirməyə, həmçinin spirtli içkilər sifariş etməyə başlayıblar. Bir müddət sonra onları yanında bir litr araq olan üçüncü sərnişin də qoşulub.

Stüardessalar Yunanıstana çatan kimi polisin onları gözləyəcəyini dedikdə səs-küylü sərnişinlər onlara hücum çəkiblər. Davaya pilot da müdaxiə etməli olub. Yalnız hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfləri sakitləşdirə biliblər.

Nəticədə davanın təhrikçiləri həbs edilib. Uçuşun sərnişinləri isə bir neçə saat ifadə verməli olublar. Onların bir çoxu buna görə növbəti reysi buraxıb.

BAKU.WS
VİDEO