SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 26 650 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiya tərəfinin 1 195 ədəd tankı, 2 873 ədəd zirehli döyüş maşını, 534 ədəd artilleriya sistemi, 191 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 161 ədəd helikopteri, 94 qanadlı raket, 2 019 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 398 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.

BAKU.WS