SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniya kraliçası II Yelizaveta bu il Britaniya parlamentinin yeni sessiyasının açılış mərasimində çıxış edə bilməyəcək.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Bakingem sarayının mətbuat xidməti məlumat verib.

Saray qərarı aprelin sonunda 96 yaşı tamam olan Ülyahəzrətin gəzinti zamanı diskomfort hiss etməsi ilə izah edib.

“Kraliça bəzən hərəkət etməkdə çətinlik çəkir və həkimləri ilə məsləhətləşdikdən sonra parlamentin rəsmi açılışında iştirak edə bilməyəcəyinə qərar verib”, - məlumatda bildirib.

Parlamentin yeni sessiyasında çıxışı monarxın yerinə taxtın varisi, Uels şahzadəsi 73 yaşlı Çarlz edəcək.

Qeyd edək ki, II Yelizaveta taxtda olduğu müddət ərzində yalnız 1959 və 1963-cü illərdə hamiləliyi səbəbindən parlamentin açılış mərasimində iştirak edə bilməyib.

BAKU.WS