SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın Xarkov vilayətindəki Boqoduhov qatar stansiyası yaxınlığında ABŞ və Avropa ölkələrindən Ukraynaya göndərilən külli miqdarda silah məhv edilib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib.

Konaşenkov havadan atılan yüksək dəqiqlikli raketlərlə Donetskdə Bahmut qəsəbəsi yaxınlığında hərbi hissələrin və texniki vasitələrin toplandığı 5 ərazinin və sursat anbarının vurulduğunu bildirib.

Rusiya hava döyüş taktiki bölmələrinin gecə saatlarında Ukraynanın 18 hərbi obyektini vurduğunu bildirən Konaşenkov, Xarkov vilayətində 2 komanda mərkəzinin, Odessa vilayətində isə 3 sursat və yanacaq anbarının məhv edildiyini deyib.

“ABŞ və Avropa ölkələrindən göndərilmiş külli miqdarda hərbi-texniki silah Xarkov vilayətindəki Boqoduxov vağzalının yaxınlığında məhv edilib”, - deyə Konaşenkov əlavə edib.

BAKU.WS