VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenskinin geyindiyi  gödəkçə "Christie's" xeyriyyə hərracında 90 min funt-sterlinqə (188,8 min manat) satılıb.

BAKU.WS "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Hərraca rəhbərlik edən Böyük Britaniyanın Baş naziri Boris Conson hərrac başlamazdan əvvəl gödəkçənin dəyərinin 50.000 funt-sterlinq başlanğıc qiymətini keçməli olduğunu söyləyib. 

Satışdan əldə olunan bütün gəlirlər Ukraynaya humanitar yardıma yönəldiləcək.

Zelenski videobağlantı vasitəsilə hərrac iştirakçılarına müraciət edərək dəstəklərinə görə Britaniya xalqına və Boris Consona təşəkkür edib. 

Həmçinin hərracdakı lotlar arasında Ukrayna prezidenti ilə Kiyevdə gəzinti zamanı Consona hədiyyə edilmiş xoruz formasında küp də var.

BAKU.WS