SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa İttifaqının üç üzvünə - Macarıstan, Slovakiya və Çexiyaya 2024-cü ilə qədər Rusiyadan neft idxalına icazə verilə bilər.

BAKU.WS Bloomberg agentliyinə istinadla xəbər verir ki, Brüssel Rusiya neftindən imtina etmək üçün bu ölkələrə 2024-cü il dekabrın 31-dək vaxt vermək istəyir. Analoji istisnanın Çexiya üçün 2024-cü il iyunun 30-na qədər tətbiqi təklif edilir. İttifaqın digər ölkələri isə bu ilin sonunadək Rusiyadan neft idxalını dayandırmalıdır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Moskvaya qarşı altıncı sanksiyalar paketində Rusiya neftinin Avropa İttifaqına idxalına qadağanın yer almasının zəruri olduğunu deyib. Onun fikrincə, Rusiyanın neft və neft məhsullarından imtina prosesi altı ay çəkməli və 2022-ci ilin sonuna qədər başa çatmalıdır.

Eyni zamanda, Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqının bir sıra üzvlərinin Rusiya neftindən ciddi asılılığı səbəbindən bu addımı atmaq çətin olsa da, vacibdir.

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri bu həftə ərzində Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırmağa çalışacaq. Lakin Rusiya neftindən imtina məsələsində hələlik konsensus əldə olunmayıb.

BAKU.WS