SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrailin Elad şəhərində terror aktı törədilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bıçaqla silahlanmış şəxs insanlara hücum edib. Hücum zamanı 3 nəfər ölüb, daha bir neçə nəfər ağır yaralanıb.

Media hücumun 40 yaşlı kişi tərəfindən kəsici alət olan dəhrə ilə həyata keçirildiyini bildirir. Qeyd edilir ki, o, zərərsizləşdirilib.

Hücum terror aktı kimi qiymətləndirilir.

Sakinlərə küçələri tərk etmək və evdə qalmaq tövsiyə edilib.

BAKU.WS