SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusu Ukraynanın Odessa şəhərinin infrastruktur obyektlərinə raket hücumu həyata keçirib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiqləşdirilməyib.

"Düşmən Odessanın infrastruktur obyektlərindən birinə raket zərbəsi endirib. Təəssüf ki, ölənlər və yaralananlar var. Biz bunu belə qoymayacağıq. Ukrayna torpaqlarında bir işğalçı qalana qədər onları məhv edəcəyik”, - Marçenko sosial şəbəkə hesabında yazıb.

Deputat Aleksiy Qonçarenko bildirib ki, raket zərbəsi zamanı 13 yaşlı yeniyetmə oğlan ölüb, 18 yaşlı qız yaralanıb.

Raket hücumunun təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS