SİZİN REKLAM BURADA!
055 213 76 73


İstəyimiz Rusiya və Ukrayna liderlərini İstanbulda və ya Ankarada bir araya gətirməkdir. Xüsusən Ukraynanın şərqi ilə bağlı atılacaq addımların həll nöqtəsinin Türkiyə olacağına inanıram.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Böyük Çamlıca məscidində qatıldığı bayram namazından sonra mediaya açıqlamasında bildirib.

Jurnalistlərin Rusiya-Ukrayna müzakirələri ilə bağlı yaxın günlərdə İstanbulda daha bir görüşün gözlənilib-gözlənilmədiyinə dair sualını cavablandıran Türkiyə Prezidenti deyib:

“Şənbə günü müşavirim səfir İbrahim Kalın xarici işlər nazirinin müavini Sedat Önal ilə birlikdə Kiyevə gediblər. Kiyevdə danışıqlar aparıblar. Ukrayna Prezidenti Volodimir Zelenski və həmsöhbətləri ilə görüşləri zamanı onların bəzi istəkləri olub və çox güman ki, bu həftə bizim Rusiya Prezidenti Vladimir Putinlə danışığımız olacaq. Eyni şəkildə İbrahim Kalın Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla bu prosesin sürətlənməsinə vəsilə ola bilər. Məsələn, Mariupolda bütün təxliyələri necə sürətləndirə bilərik, bu məsələnin həllini necə tapa bilərik kimi addımlar üçün çalışacağıq”.

“Bu arada taxıl ixracında bizdən, xüsusən də Ukrayna və ya Rusiya tərəfdən müəyyən dəstək istəyirlər. Bu məsələləri yenidən Prezident Putinlə müzakirə edərək, onun yolunu açmağa çalışacağıq. Amma birinci dərəcədə olan məsələ təxliyələrin sürətləndirilməsi prosesidir. Biz bununla bağlı hər cür addımlar atırıq, atacağıq. Amma burada vacib olan, təbii ki, liderlərin bir araya gəlməsidir. İstəyimiz liderləri İstanbulda və ya Ankarada bir araya gətirməkdir. Xüsusən Ukraynanın şərqi ilə bağlı atılacaq addımların həll nöqtəsinin Türkiyə, İstanbul və ya Ankara olacağına inanıram”, - deyə Türkiyə Prezidenti bildirib.

BAKU.WS