SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusu Ukraynanın şərqində hücumlarının şiddətini artırıb.

BAKU.WS-in Unian informaaiya agentliyinə istinadən verdiyi məlumata görə, ruslar Slobojansk və Donetsk istiqamətlərində xüsusilə fəallaşıblar. Bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motuzyanik brifinq zamanı bildirib.

Onun sözlərinə görə, rus ordusunun əsas məqsədi əvvəlkitək qalır. Onlar bu istiqamətdə Ukrayna qüvvələrini mühasirəyə almağa çalışırlar. Onlar həmçinin Donetsk, Luqansk və Xerson vilayətlərini tam nəzarət altına almaq və Krımla quru dəhlizi açmağa can atırlar.

Ukrayna Müdafiə Nazirliyi rəsmisi həmçinin Rusiya ərazisində ümumi səfərbərliyin elan ediləcəyini də istisna etməyib.

Britaniyanın nüfuzlu The Guardian nəşri isə Ukraynada müharibənin həlledici mərhələsinin mayda başlayacağını yazıb. Nəşr hələlik Ukrayna ordusunun tammiqyaslı əks-hücuma keçməyə gücünün olmadığını ancaq ölkəyə sonuncu dalğa Qərb silahının gəlməsindən sonra vəziyyətin tam dəyişəcəyini vurğulayıb. 

BAKU.WS