SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə fəaliyyət göstərən mağazalardan birində endirim kampaniyasına start verilib.

BAKU.WS xəbər verir ki, Ankara şəhərinin Keçiören bölgəsində yerləşən telefon dükanındakı mobil telefon qiymətlərinə xeyli endirim edilib. 

Elektron avadanlığı əldə etmək üçün sıraya düzülən müştərilər mağaza açılan zaman izdiham yaradıblar. Onlardan bəziləri dükana daxil olarkən ayaq altda qalıblar. İnsanlar telefon üçün bir-birlərini tapdalayıblar.

Mağazadakı müştərilərdən biri telefonlara edilən endirimdən yararlanmaq üçün 1 gün yatmadığını və bu anı səbirsizliklə gözlədiyini bildirib. Obyektin təhlükəsizlik kamerasına düşən görüntülər sosial şəbəkələrdə yayılıb. Uzun müddət müzakirə edilən video istifadəçilərin qınaq obyektinə çevrilib.

BAKU.WS
VİDEO