SİZİN REKLAM BURADA!
055 213 76 73


"Müharibənin başladığı ilk günü çox yaxşı xatırlayıram. Adi iş günü idi: məktəbdən evə qayıdan uşaqlar, ev işləri, bir sonrakı günə hazırlanmaq... Gərgin idik. Hər yerdə mümkün ola biləcək işğaldan danışılırdı. Amma son dəqiqəyə qədər bunun olacağına inanmaq imkansız idi. 21-ci əsrdə, müasir dünyada bu necə baş verə bilərdi? Saat 4-5 arası bir səsə oyandım. Bunun partlayış olduğunu həmin dəqiqə anlamadım. Həyat yoldaşım çarpayıda deyildi. Amma qalxanda onu gördüm. Əynini geyinmişdi, "Başladı" dedi. Bütün dedikləri sadəcə bundan ibarət oldu".

BAKU.WS xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı, "First Lady" Olena Zelenski məşhur "Vogue" jurnalına müsahibəsi zamanı deyib.

Müharibə başladığı gündən bu vaxta qədər yaşadıqlarından danışan Olena həyat yoldaşı Zelenski üçün böyük narahatlıq keçirdiyini ifadə edib:

"Artıq digər ukraynalılar kimi yaşayıram. Hamımızın bir arzusu var - sülh görmək. Mən hər ana və həyat yoldaşı kimi daim həyat yoldaşım üçün narahatlıq keçirirəm. Uşaqlarımı təhlükəsiz yerdə saxlamaq üçün əlimdən gələni edirəm". 

BAKU.WS