SİZİN REKLAM BURADA!
055 213 76 73


“ABŞ və Fransa Qarabağla bağlı ATƏT Minsk qrupunun həmsədrliyi çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina edib”.

BAKU.WS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyəti və ya gələcəyi ilə bağlı danışsaq, mən onun taleyinin necə olacağını bilmirəm.

Çünki bizim bu qrup üzrə fransalı və amerikalı tərəfdaşlarımız bizimlə heç bir formatda əlaqədə olmayacaqlarını bildirməklə ATƏT Minsk qrupunun həmsədrlər üçlüyünü də ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”, - S.Lavrov deyib.

BAKU.WS