SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq üçün Moskvanın da istəyinin vacibliyini vurğulayıb.

BAKU.WS-in "nv.ua"ya istinadla məlumatına görə, bu barədə Zelenski Hindistanın telekanalına müsahibəsinə deyib.

Onun sözlərinə görə, ukraynalılar danışıqlar üçün Rusiya ilə yeni görüş tələb etmək üçün diz çökməyəcəklər.

“Düşünürəm ki, Rusiya Federasiyası ilə görüşmək daha yaxşı olardı. Bu sadəcə görüş xatirinə görüş olmasın, əksinə, müəyyən qədər də konkretliklər olsun”, - deyə ölkə başçısı bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna müharibənin uzun müddət davam etməsinin tərəfdarı deyil. Lakin istənilən müharibədə bir neçə tərəf olur və konfliktin həllində Moskvanın istəyinin olması da vacibdir.

“Çünki heç kim onlardan diz çökərək görüş, çağırış, müharibənin başa çatması üçün xahiş etməyəcək”, - deyə prezident fikirlərini yekunlaşdırıb.

BAKU.WS