SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa Rusiyanın bir neçə diplomatını ölkədən xaric edəcək.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə "France-Presse" Fransa XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

"Fransa fəaliyyətləri maraqlarımıza zidd olan çox sayda rus diplomatı ölkədən çıxaracaq", -mənbə bildirib.

Diplomatik mənbə bildirib ki, Fransa Rusiyanın 35 diplomatını xaric edəcək. Məqsəd Fransa və bütünlükdə Avropanın təhlükəsizliyini təmin etməkdir.

***

21.08

Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 40 əməkdaşını persona non-qrata elan edib.

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi brifinqdə bildirib.

"Onların işi bizim müdafiəmizi istəyənlər üçün təhlükədir. Biz buna dözməyəcəyik", - Burbok qeyd edib.

Burbok bildirib ki, Rusiya səfiri qərarla bağlı məlumatlandırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, 40 rus diplomatının Almaniyadan çıxarılması cavabsız qalmayacaq.

BAKU.WS