VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ukraynada qan tökülməsinin qarşısını almaq və sabitliyi bərpa etmək üçün dərhal atəşkəs elan etmək vacibdir".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə Mariupoldan dəniz yolu ilə dinc əhalinin və yaralıların təxliyyəsini təşkil etmək üçün gəmilər ayırmağa hazırdır.

Müdafiə naziri qeyd edib ki, Türkiyə tərəfi bu məsələdə öz hərəkətlərini Rusiya və Ukrayna strukturları ilə əlaqələndirir.

“Ankaranın təxliyə prosesinə dəstək verməyə hazır olması Türkiyədəki Rusiya hərbi attaşesinin diqqətinə çatdırılıb. Oxşar təşəbbüs Türkiyənin Moskvadakı hərbi attaşesi vasitəsilə nəzərə çatdırılıb. Biz də bu ölkədəki hərbi attaşe vasitəsilə Ukrayna qurumları ilə səylərimizi koordinasiya edirik”, - deyə Akar bildirib.

Akar vurğulayıb ki, Türkiyə Ukrayna xalqına humanitar yardım çatdırmaqda davam edir.

Türkiyə müdafiə departamentinin rəhbəri xatırladıb ki, son həftələrdə o, rusiyalı və ukraynalı həmkarları Sergey Şoyqu və Aleksey Reznikovla dəfələrlə telefonla danışıb. Onun sözlərinə görə, İstanbulda Reznikovla da şəxsi görüşü olub.

BAKU.WS