SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın ələ keçirdiyi Xerson şəhəri bu gün Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçə bilər.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikovun müşaviri Markian Lubkivski “BBC Radio 4”un efirində danışıb.

“İnanıram ki, bu gün şəhər tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olacaq.

M.Lubkivski əlavə edib ki, Ukrayna Ordusu son iki gündə Kiyev vilayətində əməliyyatı başa çatdırıb:

“Buna görə də silahlı qüvvələrin digər hissəsi hazırda ölkənin cənub bölgəsində cəmlənib, onlar Xersonu və bəzi digər şəhərləri geri almağa çalışırlar”, - Ukrayna müdafiə nazirinin müşaviri bildirib.

Qeyd edək ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Xerson şəhərini ələ keçirdiyini açıqlamışdı. Bununla belə, şəhərdə Rusiya hərbçilərinin əleyhinə mütəmadi şəkildə mitinqlər keçirilir.

BAKU.WS