SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Milli Müdafiə Nazirliyi Bosfor boğazında minaya bənzər cismin zərərsizləşdirildiyi barədə məlumat yayıb.

BAKU.WS xəbər verir ki, bu haqda TASS xəbər agentliyi bildirib.

“Martın 26-da Bosfor ərazisində mülki kommersiya gəmisi tərəfindən minaya bənzəyən cismin aşkarlandığı haqda məlumat alınandan dərhal sonra sahil mühafizə dəstələri operativ şəkildə hadisə yerinə göndərilib. Minaya oxşayan cisim sualtı müdafiə qüvvələri tərəfindən nəzarətə alınaraq zərərsizləşdirilib”, - deyə məlumatda qeyd edilib.

***

14:12

İstanbul boğazının Qara dənizdən girişində yad cisim aşkarlanıb.

Türkiyə mətbuatı xəbər verir ki, mina olduğu ehtimal edilən cismin Rusiya-Ukrayna müharibəsi ilə bağlılığı araşdırılır.

Bosfor boğazında yad cismi ilk balıqçılar görüblər. Bundan sonra sahil mühafizə xidməti onun araşdırılması və zərərsizləşdirilməsi üçün hərəkətə keçib. Gəmilərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

KİV qeyd edir ki, Rusiya gəmilərinin qarşısını almaq üçün Ukraynanın Odessa tərəfdən Qara dənizə buraxdığı minaların fırtına səbəbi ilə İstanbula qədər üzüb gəlmək ehtimalı böyükdür.

BAKU.WS