VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyadan 1,5 min “Strela” daşınan zenit raket kompleksi və 100 ədəd “MG3” pulemyotu Ukraynaya gətrilib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumət dairələrindəki mənbələr məlumat yayıb.

Bununla yanaşı Kiyevə odlu silahlar üçün 8 milyon patron ötürülüb. Eyni zamanda, Almaniyadan Ukraynaya digər yardımların da çatdırıldığı bildirilir.

Söhbət 350 min ərzaq bağlaması, 50 tibbi maşın və tibbi ləvazimatdan gedir. Almaniya Müdafiə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.

BAKU.WS