VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO-nun növbəti sammiti zamanı Ukraynaya sülhməramlı missiyanın göndərilməsi təklifi təqdim olunacaq.

BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski dövlət televiziyasının efirində bildirib.

“Biz sülhməramlı missiya ideyasını ən yaxın müttəfiqlərimizlə müzakirə etdik. Bu təklif NATO-nun növbəti sammitində qaldırılacaq”, - Polşanın Baş naziri qeyd edib.

O, hazırda bu ideyanın bir çox Avropa ölkələrində müzakirə olunduğunu bildirib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev BMT-yə hələ 2015-ci ildə sülhməramlı əməliyyata başlamağı xahiş edib.

BAKU.WS