SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri sutka ərzində Rusiya ordusunun dörd helikopteri, bir təyyarəsi və bir qanadlı raketini vurub.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah həmçinin açıqlayıb ki, hücum əməliyyatının aparılmasında iştirak edən Rusiya qoşunları bütün istiqamətlərdə ciddi uğur əldə edə bilməyib. Əsas səylər işğal altında olan bölgələrin saxlanmasına yönəlib.

BAKU.WS