VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın “Birinci kanal”ının əsas xəbər buraxılışında gözlənilməz hadisə baş verib.

Canlı efir zamanı naməlum qadın kadra daxil olub. O, arapıcı Yekaterian Andreyevanın arxasında dayanaraq əlində “Müharibəyə Yox!” yazılmış plakatı nümayiş etdirib.

Efir rejissorları onu kadrdan çıxarmağa çalışıblar. Görüntürlə sosial şəbəkələrdə yayılıb.

Həmçinin, “Birinci kanal”ın mətbuat xidmətindən TASS-a bildirilib ki, insidentlə bağlı yoxlama aparılır.

Qeyd edək ki, artıq telekanal “Vremya” verilişinin efirində həqiqətən də kadrda kənar şəxsin peyda olduğunu təsdiqləyib.

Bildirilb ki, studiyaya icazəsiz daxil olan xanıma qarşı inzibati cəza tətbiq edilə bilər.

İlkin məlumatlara görə, televiziya təxribatını “Birinci Kanal”ın şəhərlər departamentinin redaktoru təşkil edib. Ehtimal ki, onun adı Marina Ovsyannikovadır.

BAKU.WS
VİDEO