SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlara martın 15-dək texniki fasilə verilib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.

Podolyak fasiləni işçi qruplarındakı əlavə dəqiqləşdirici fəaliyyətlə izah edib. Qeyd edək ki, martın 14-də Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların dördüncü raundu başlayıb.

Müzakirə olunan məsələlər arasında sülh, atəşkəs, bütün qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları var.

BAKU.WS
ВИДЕО