SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başlayıb.

BAKU.WS xəbər verir ki, danışıqlar Antalya şəhərinin Belek rayonunda keçirilir.

***10:37

Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra bu gün ilk dəfə iki ölkənin xarici işlər nazirləri Sergey Lavrovla Dmitro Kuleba arasında görüş olacaq.

BAKU.WS xəbər verir ki, XİN başçılarının danışıqları Türkiyənin Antalya şəhərində baş tutacaq.

Rəsmi Kiyev və Moskva arasında görüş Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil edilib.

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ev sahibi kimi iştirak edəcək.

Tərəflər atəşkəs, ərazi və humanitar məsələləri müzakirə edəcəklər.

Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar danışıqlar aparmayacaq, həmçinin onlar ayrı-ayrı hotellərdə qalacaqlar. 

BAKU.WS
QALEREYA