SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikalı aktyor Şon Penn Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən danışıb.

BAKU.WS xəbər verir ki, Ukraynadakı müharibədən film çəkmək istəyən Şon dövlət başçısının bu çətin anlarda böyük cəsarət nümayiş etdirdiyini deyib.

Verilişlərdən birinə qonaq olan Penn Zelenskinin xalqını bir arada tutmaq üçün apardığı mübarizəsindən çox təsirləndiyini dilə gətirib:

"Bəlkə də, Zelenski bu cür həyata gəldiyinin fərqində deyil. Amma mən özümü onun yanında müasir dünyadakı cəsarətin, vicdanın, mərhəmətin və məhəbbətinin hüzurunda olduğumu hiss etdim.

Bu, mənim üçün sözlərlə ifadə edə bilməyəcəyim möhtəşəm an idi. Ondan çox təsirləndim. Həm Ukrayna xalqı, həm də Zelenski üçün çox qorxuram.

Biz Ukrayna xalqını və Zelenskini dəstəkləmək üçün əlimizdən gələn hər şeyi etməliyik. Əks halda bu müharibə ABŞ-a da təsir edəcək. Əgər bunun qarşısı alınmasa, Amerikanın keçmiş halından əsər-əlamət qalmayacaq".

BAKU.WS