SİZİN REKLAM BURADA!
055 213 76 73


“Xarici İşlər Nazirliyinə müraciət edirəm, Azərbaycanın Polşadakı səfirliyinə müraciət edirəm. Hazırda Ukraynadan Polşaya keçmişik. Axşam bizə zülm verilib. Bizi 10 saat soyuqda saxlayıblar. Bizi ölkəyə kobud şəkildə qəbul ediblər. Polşa polisi bizimlə ən kobud şəkildə davranır”.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, Polşada vəziyyət gərgindir:

“Bizi yaxın şəhərlərə aparmaq əvəzinə 800 kilometr uzağa - Almaniya ilə sərhədə aparırlar. Bu, Azərbaycan vətəndaşına qarşı böyük hörmətsizlikdir.

Təxliyyə məsələsində azərbaycanlılara kömək göstərməyəcəkdisə, niyə qapılarını bizə açırdı? Mən xahiş edirəm ki, təcili bizimlə maraqlansınlar.

Bizim tələbələrimiz də burada çətin vəziyyətdə qalıb. Bizi avtobusun içinə salıb buraxmırlar. İçməyə su vermirlər. Raketdən qaçıb gələn bu insanları zülmə salırlar. Mən təcili köməklik istəyirəm”.

BAKU.WS
VİDEO