SİZİN REKLAM BURADA!
055 213 76 73


Latviya rəsmi olaraq hava məkanını Rusiya təyyarələri üçün bağlayır.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “TASS”a Rusiya aviaşirkətlərindən birindəki mənbə bildirib.

“Latviya hava məkanını bağlayıb, biz müvafiq NOTAM-ı almışıq”, - agentliyin həmsöhbəti bildirib.

Rumıniya hökumətinin mətbuat katibi Dan Karbunaru da ölkə səmasının Rusiyaya bağlanması ilə bağlı qərarın verildiyini bildirib.

O qeyd edib ki, prosedur gün ərzində baş tutacaq. Onun sözlərinə görə, Rusiya təyyarələri üçün Rumıniya ərazisi üzərində uçuşlar da qadağan olunacaq.

Xatırladaq ki, hazırda Böyük Britaniya, Bolqarıstan, Çexiya və Polşa öz hava məkanlarını Rusiyaya bağlamaq qərarına gəliblər. Latviya, Litva və Estoniya da belə bir ehtimalı açıqlayıb.

BAKU.WS