VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna müdafiə qüvvələri Rusiya hərbçilərinin hücumuna qarşı müqavimət göstərməkdə davam edirlər.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatında bildirilib.

Qeyd edilir ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri rusların iki mərmisini zərərsizləşdirib.

“Ukrayna Silahlı Qüvvələrinin hava hücumu qoşunları Daymer və İvankov yaşayış məntəqələri ərazilərində döyüşür. Ruslar Kropyvnytsky şəhəri ərazisindəki bölmələrə hava hücumları təşkil ediblər. Rusların hücumu uğurla dəf edilib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, dünəndən etibarən Rusiya Ukraynaya hərbi əməliyyatlara başlayıb. Gecə ərzində də Ukraynanın bir çox bölgələrində şiddətli döyüşlər gedir.

BAKU.WS