SİZİN REKLAM BURADA!
055 213 76 73


“Hazırda Ukraynada və münaqişə baş verən ərazilərdə Azərbaycana məxsus beynəlxalq yükdaşıma xidməti göstərən bir neçə nəqliyyat vasitəsi var”.

Bu barədə ABADA-nin mətbuat katibi Ruslan Eldaroğlu BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, ABADA olaraq daşıyıcı şirkətlərlə əlaqə saxlanılıb:

“Səfərdə olan sürücülərimiz təhlükəsiz ərazilərdə cəmləşirlər”.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edib. Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

BAKU.WS
QALEREYA