SİZİN REKLAM BURADA!
055 213 76 73


Putinin Ukrayna ilə bağlı xalqa müraciəti fonunda dolların məzənnəsi 80 rublu ötüb.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, o, xalqa müraciət etdikdən sonra qondarma Donetsk və Luqansk respublikalarının tanınması haqqında fərmanlar imzalayıb.

Moskva birjasının ticarət məlumatlarına əsasən, dolların məzənnəsi 3,51% (2,71 rubl) artaraq 80 rublu keçib.

Qeyd edək ki, Rusiyada dollar sonuncu dəfə təxminən bir ay əvvəl, yanvarın 26-da bahalaşıb.

Bununla yanaşı, avronun məzənnəsi də 3,36% (2,94 rubl) bahalaşaraq 90,49 rubla qədər yüksəlib.

BAKU.WS